Kəfəni gözəl etməyin əmr edilməsi
أَخْبَرَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ خَالِدٍ الرَّقِّيُّ الْقَطَّانُ ، وَيُوسُفُ بْنُ سَعِيدٍ ، وَاللَّفْظُ لَهُ ، قَالَ : أَنْبَأَنَا حَجَّاجٌ ، عَنْ ابْنِ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي أَبُو الزُّبَيْرِ ، أَنَّهُ سَمِعَ جَابِرًا يَقُولُ : خَطَبَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَ رَجُلاً مِنْ أَصْحَابِهِ مَاتَ فَقُبِرَ لَيْلاً ، وَكُفِّنَ فِي كَفَنٍ غَيْرِ طَائِلٍ ، فَزَجَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ يُقْبَرَ إِنْسَانٌ لَيْلاً إِلاَّ أَنْ يُضْطَرَّ إِلَى ذَلِكَ ، وَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا وَلِيَ أَحَدُكُمْ أَخَاهُ فَلْيُحَسِّنْ كَفْنَهُ.
“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ xütbə verərkən səhabələrindən bir kişinin ölməsi və bədəni tam örtməyən kəfənlə kəfənlənərək gecə dəfn olunması haqda danışdı. O, zərurət olmadığı müddətcə insanı gecə vaxtı dəfn etmkdən çəkindirdi. Sonra da dedi: “Sizdən biriniz (ölən) qardaşını dəfn etmək istədikdə onun kəfənini gözəl etsin”.”
İstinad
Nəsəi, 1895 (Cənazələr, 78)
Sunən ən-Nəsəi — Cənazələr kitabı