Köynək ilə kəfənlənmək
أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ ، قَالَ : حَدَّثَنَا نَافِعٌ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ قَالَ : لَمَّا مَاتَ عَبْدُ اللهِ بْنُ أُبَيٍّ جَاءَ ابْنُهُ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : اعْطِنِي قَمِيصَكَ حَتَّى أُكَفِّنَهُ فِيهِ ، وَصَلِّ عَلَيْهِ ، وَاسْتَغْفِرْ لَهُ ، فَأَعْطَاهُ قَمِيصَهُ ثُمَّ قَالَ : إِذَا فَرَغْتُمْ فَآذِنُونِي أُصَلِّي عَلَيْهِ ، فَجَذَبَهُ عُمَرُ وَقَالَ : قَدْ نَهَاكَ اللَّهُ أَنْ تُصَلِّيَ عَلَى الْمُنَافِقِينَ ، فَقَالَ : أَنَا بَيْنَ خِيرَتَيْنِ ، قَالَ : اسْتَغْفِرْ لَهُمْ ، أَوْ لاَ تَسْتَغْفِرْ لَهُمْ ، فَصَلَّى عَلَيْهِ ، فَأَنْزَلَ اللَّهُ تَعَالَى : {وَلاَ تُصَلِّ عَلَى أَحَدٍ مِنْهُمْ مَاتَ أَبَدًا وَلاَ تَقُمْ عَلَى قَبْرِهِ} فَتَرَكَ الصَّلاَةَ عَلَيْهِمْ.
“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Abdullah ibn Ubey öldükdə onun oğlu Peyğəmbərin ﷺ yanına gələrək belə dedi: “(Ey Allahın Elçisi!) köynəyini ver, atamı ona bürüyək, onun namazını qıl və onun üçün (Allahdan) bağışlanma dilə”. Peyğəmbər ﷺ köynəyini ona verib dedi: “Kəfənlədikdən sonra mənə xəbər verin ki, onun (cənazə) namazını qılım”. Bu zaman Ömər onun ətəyindən dartıb dedi: “Axı Allah sənə münafiqlərin cənazə namazını qılmağı qadağan edib”. Peyğəmbər ﷺ dedi: “Mən (onların cənazə namazını qılıb-qılmamaqda) ixtiyar sahibiyəm!”– deyib bu ayəni oxudu: “Onların bağışlanması üçün dua etsən də, etməsən də...” (ət-Tövbə, 80)”. Sonra Peyğəmbər ﷺ onun cənazə namazını qıldı və Uca Allah bu ayəni nazil etdi: “Heç vaxt onlardan ölmüş bir kəsin cənazə namazını qılma, qəbrinin başında da durma!” (ət-Tövbə, 84). Bundan sonra Peyğəmbər ﷺ onlara cənazə namazı qılmağı tərk etdi”.”
İstinad
Nəsəi, 1900 (Cənazələr, 83)
Sunən ən-Nəsəi — Cənazələr kitabı