Cənazələr kitabı

Cənazə haqda xəbər vermək

أَخْبَرَنَا قُتَيْبَةُ فِي حَدِيثِهِ ، عَنْ مَالِكٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ أَبِي أُمَامَةَ بْنِ سَهْلِ بْنِ حُنَيْفٍ أَنَّهُ أَخْبَرَهُ ، أَنَّ مِسْكِينَةً مَرِضَتْ ، فَأُخْبِرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمَرَضِهَا ، وَكَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَعُودُ الْمَسَاكِينَ ، وَيَسْأَلُ عَنْهُمْ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا مَاتَتْ فَآذِنُونِي ، فَأُخْرِجَ بِجَنَازَتِهَا لَيْلاً ، وَكَرِهُوا أَنْ يُوقِظُوا رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمَّا أَصْبَحَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أُخْبِرَ بِالَّذِي كَانَ مِنْهَا ، فَقَالَ : أَلَمْ آمُرْكُمْ أَنْ تُؤْذِنُونِي بِهَا ، قَالُوا : يَا رَسُولَ اللهِ ، كَرِهْنَا أَنْ نُوقِظَكَ لَيْلاً ، فَخَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى صَفَّ بِالنَّاسِ عَلَى قَبْرِهَا ، وَكَبَّرَ أَرْبَعَ تَكْبِيرَاتٍ.

“Əbu Umamə ibn Səhl ibn Huneyf ﵁ rəvayət edir ki, yoxsul bir qadın xəstələnmişdi. Onun xəstə olması haqda Allah Elçisinə ﷺ xəbər verdilər, çünki Allah Elçisi ﷺ kasıbları ziyarət edər, onların vəziyyətləri haqda soruşardı. Allah Elçisi ﷺ dedi: “Bu qadın ölsə, mənə xəbər verərsiz”. Qadın öldükdə səhabələr Allah Elçisini ﷺ oyatmaq istəmədilər və qadının cənazə namazını qılıb gecə ikən dəfn etdilər. Səhər olduqda olanları Allah Elçisinə ﷺ xəbər verdikdə o dedi: “Mən sizə onun ölümünü xəbər vermənizi əmr etməmişdim!?” Səhabələr dedilər: “Ey Allahın Elçisi, biz səni gecə vaxtı oyatmaq istəmədik”. Onda Allah Elçisi ﷺ çıxıb onun qəbrinin yanında insanları səfə düzdü və dörd təkbir edərək cənazə namazını yenidən qıldı”.”

Əbu Umamə ibn Səhl ibn Huneyf
Səhih

İstinad

Nəsəi, 1907 (Cənazələr, 90)

Sunən ən-Nəsəi — Cənazələr kitabı