Cənazələr kitabı

Cənazəni iti addımlarla aparmaq

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ سَعِيدِ بْنِ أَبِي سَعِيدٍ ، عَنْ أَبِيهِ ، أَنَّهُ سَمِعَ أَبَا سَعِيدٍ الْخُدْرِيَّ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا وُضِعَتِ الْجَنَازَةُ فَاحْتَمَلَهَا الرِّجَالُ عَلَى أَعْنَاقِهِمْ ، فَإِنْ كَانَتْ صَالِحَةً قَالَتْ : قَدِّمُونِي قَدِّمُونِي ، وَإِنْ كَانَتْ غَيْرَ صَالِحَةٍ ، قَالَتْ : يَا وَيْلَهَا إِلَى أَيْنَ تَذْهَبُونَ بِهَا ، يَسْمَعُ صَوْتَهَا كُلُّ شَيْءٍ إِلاَّ الإِنْسَانَ ، وَلَوْ سَمِعَهَا الإِنْسَانُ لَصَعِقَ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Cənazə (hazırlanıb mafəyə) qoyulduğu və kişilər onu çiyinlərinə aldığı zaman, əgər ölən adam əməlisaleh olmuşdursa: “Məni tez aparın!”- deyər, yox, əgər əməlisaleh adam olmamışsa: “Vay halıma! Məni hara aparırsınız?”- deyər. Onun səsini insanlardan başqa hamı eşidər. Əgər insan bu səsi eşitsəydi, huşunu itirib yerə yıxılardı”.”

Əbu Səid əl-Xudri
Səhih

İstinad

Nəsəi, 1909 (Cənazələr, 92)

Sunən ən-Nəsəi — Cənazələr kitabı