Cənazələr kitabı

Cənazəni müşayiət etməyin fəziləti

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا أَشْعَثُ ، عَنِ الْحَسَنِ ، عَنْ عَبْدِ اللهِ بْنِ الْمُغَفَّلِ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ تَبِعَ جِنَازَةً حَتَّى يُفْرَغَ مِنْهَا فَلَهُ قِيرَاطَانِ ، فَإِنْ رَجَعَ قَبْلَ أَنْ يُفْرَغَ مِنْهَا فَلَهُ قِيرَاطٌ.

“Rəvayət edilir ki, Abdullah ibn əl-Muğaffəl ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim cənazəni müşayiət edər və cənazə dəfn olunana qədər gözləyərsə, iki qirat savab alar. Cənazənin dəfn edilməsini gözləmədən qayıdarsa, bir qirat savab alar”.”

Abdullah ibn əl-Muğaffəl
Səhih

İstinad

Nəsəi, 1941 (Cənazələr, 124)

Sunən ən-Nəsəi — Cənazələr kitabı