Cənazələr kitabı

Borcu olanın cənazə namazını qılmaq

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عُثْمَانَ بْنِ عَبْدِ اللهِ بْنِ مَوْهَبٍ ، سَمِعْتُ عَبْدَ اللهِ بْنَ أَبِي قَتَادَةَ يُحَدِّثُ ، عَنْ أَبِيهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أُتِيَ بِرَجُلٍ مِنَ الأَنْصَارِ لِيُصَلِّيَ عَلَيْهِ فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : صَلُّوا عَلَى صَاحِبِكُمْ فَإِنَّ عَلَيْهِ دَيْنًا ، قَالَ : أَبُو قَتَادَةَ هُوَ عَلَيَّ ، قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : بِالْوَفَاءِ ، قَالَ : بِالْوَفَاءِ ، فَصَلَّى عَلَيْهِ.

“Abdullah ibn Əbu Qatədə atasından ﵁ rəvayət edir ki, ənsardan vəfat etmiş bir kişini cənazə namazını qılmaq üçün Allah Elçisinin ﷺ yanına gətirdilər. Peyğəmbər ﷺ dedi: “Yoldaşınızın cənazə namazını qılın. Onun borcu var”. Əbu Qatədə onun borcunu ödəməyi öz üzərinə götürdü. Peyğəmbər ﷺ dedi: “Sən əhdinə vəfalı olacaqsan?” Əbu Qatədə: “Mən əhdimə vəfalı olacağam” dedikdə Peyğəmbər ﷺ onun cənazə namazını qıldı.”

Abdullah ibn Əbu Qatədə atasından
Səhih

İstinad

Nəsəi, 1960 (Cənazələr, 143)

Sunən ən-Nəsəi — Cənazələr kitabı