Cənazələr kitabı

Borcu olanın cənazə namazını qılmaq

أَخْبَرَنَا نُوحُ بْنُ حَبِيبٍ الْقُوْمَسِيُّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ جَابِرٍ قَالَ : كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لاَ يُصَلِّي عَلَى رَجُلٍ عَلَيْهِ دَيْنٌ ، فَأُتِيَ بِمَيْتٍ ، فَسَأَلَ : أَعَلَيْهِ دَيْنٌ ؟ قَالُوا : نَعَمْ ، عَلَيْهِ دِينَارَانِ ، قَالَ : صَلُّوا عَلَى صَاحِبِكُمْ ، قَالَ أَبُو قَتَادَةَ : هُمَا عَلَيَّ يَا رَسُولَ اللهِ ، فَصَلَّى عَلَيْهِ ، فَلَمَّا فَتَحَ اللَّهُ عَلَى رَسُولِهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : أَنَا أَوْلَى بِكُلِّ مُؤْمِنٍ مِنْ نَفْسِهِ ، مَنْ تَرَكَ دَيْنًا فَعَلَيَّ ، وَمَنْ تَرَكَ مَالاً فَلِوَرَثَتِهِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Peyğəmbər ﷺ borcu olanın cənazə namazını qılmazdı. Bir cənazə gətirildi. Peyğəmbər ﷺ soruşdu: “Onun borcu varmı?” Səhabələr dedilər: “Bəli, iki dinar borcu var”. Peyğəmbər ﷺ dedi: “Yoldaşınıza cənazə namazını qılın!” Əbu Qatədə dedi: “O iki dinarı mən ödəyəcəm, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ də onun cənazə namazını qıldı. Allah Öz Elçisinə ﷺ fəthlər nəsib etdikdə Peyğəmbər ﷺ dedi: “Mən hər möminə canından daha yaxınam. Kim borcu olaraq ölərsə, onun borcunu ödəmək mənə aiddir. Kim də mal-dövlət tərk edərsə, varislərinindir”.”

Cabir
Səhih

İstinad

Nəsəi, 1962 (Cənazələr, 145)

Sunən ən-Nəsəi — Cənazələr kitabı