Cənazələr kitabı

Münafiqlər üçün cənazə namazını qılmaq

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا حُجَيْنُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ عُقَيْلٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ ، عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ قَالَ : لَمَّا مَاتَ عَبْدُ اللهِ بْنُ أُبَيٍّ ابْنُ سَلُولَ دُعِيَ لَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِيُصَلِّيَ عَلَيْهِ ، فَلَمَّا قَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَثَبْتُ إِلَيْهِ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، تُصَلِّي عَلَى ابْنِ أُبَيٍّ وَقَدْ ؟ قَالَ : يَوْمَ كَذَا وَكَذَا كَذَا وَكَذَا أُعَدِّدُ عَلَيْهِ ، فَتَبَسَّمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَالَ : أَخِّرْ عَنِّي يَا عُمَرُ ، فَلَمَّا أَكْثَرْتُ عَلَيْهِ ، قَالَ : إِنِّي قَدْ خُيِّرْتُ فَاخْتَرْتُ ، فَلَوْ عَلِمْتُ أَنِّي لَوْ زِدْتُ عَلَى السَّبْعِينَ غُفِرَ لَهُ لَزِدْتُ عَلَيْهَا ، فَصَلَّى عَلَيْهِ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ انْصَرَفَ ، فَلَمْ يَمْكُثْ إِلاَّ يَسِيرًا حَتَّى نَزَلَتِ الآيَتَانِ مِنْ بَرَاءَةَ {وَلاَ تُصَلِّ عَلَى أَحَدٍ مِنْهُمْ مَاتَ أَبَدًا وَلاَ تَقُمْ عَلَى قَبْرِهِ إِنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَرَسُولِهِ وَمَاتُوا وَهُمْ فَاسِقُونَ} ، فَعَجِبْتُ بَعْدُ مِنْ جُرْأَتِي عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَئِذٍ وَاللَّهُ وَرَسُولُهُ أَعْلَمُ.

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Abdullah ibn Ubey ibn Səlul öldükdə onun cənazə namazını qılmaq üçün Allah Elçisini ﷺ çağırmışdılar. Allah Elçisi ﷺ qalxıb onun cənazə namazını qılmaq istədikdə mən onun önünə atıldım və dedim: “Ey Allahın Elçisi, sən İbn Ubeyin cənazə namazını qılmaq istəyirsən? Filan gün belə-belə, belə-belə, belə-belə” deyərək etdiklərini sadaladım. Allah Elçisi ﷺ təbəssüm edərək buyurdu: “Məni burax, ey Ömər!” Mən israr etdikdə dedi: “Mən (onun cənazə namazını qılıb-qılmamaqda) ixtiyar sahibiyəm! Əgər yetmiş dəfədən artıq bağışlanma diləməklə onun bağışlanacağını bilsəm, bunu da edərəm”. O, cənazə namazını qıldı, sonra çıxıb getdi. Az bir müddət keçdikdən sonra ət-Tövbə surəsinin iki ayəsi nazil oldu: “Heç vaxt onlardan ölmüş bir kəsin cənazə namazını qılma, qəbrinin başında da durma. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər və günahkar olaraq öldülər” (ət-Tövbə, 84)”. Sonralar mən Allah Elçisinə ﷺ qarşı etdiyim cürətdən heyrət etdim. Doğrusunu Allah bilir”.”

Ömər ibn əl-Xattab
Səhih

İstinad

Nəsəi, 1966 (Cənazələr, 149)

Sunən ən-Nəsəi — Cənazələr kitabı