Cənazələr kitabı

Cənazə namazını gecə vaxtı qılmaq

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ ، قَالَ : حَدَّثَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : أَخْبَرَنِي أَبُو أُمَامَةَ بْنُ سَهْلِ بْنِ حُنَيْفٍ أَنَّهُ قَالَ : اشْتَكَتِ امْرَأَةٌ بِالْعَوالِي مِسْكِينَةٌ ، فَكَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْأَلُهُمْ عَنْهَا ، وَقَالَ : إِنْ مَاتَتْ فَلاَ تَدْفِنُوهَا حَتَّى أُصَلِّيَ عَلَيْهَا ، فَتُوُفِّيَتْ ، فَجَاؤُوا بِهَا إِلَى الْمَدِينَةِ بَعْدَ الْعَتَمَةِ ، فَوَجَدُوا رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ نَامَ ، فَكَرِهُوا أَنْ يُوقِظُوهُ ، فَصَلَّوْا عَلَيْهَا وَدَفَنُوهَا بِبَقِيعِ الْغَرْقَدِ ، فَلَمَّا أَصْبَحَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَاؤُوا فَسَأَلَهُمْ عَنْهَا ، فَقَالُوا : قَدْ دُفِنَتْ يَا رَسُولَ اللهِ ، وَقَدْ جِئْنَاكَ فَوَجَدْنَاكَ نَائِمًا فَكَرِهْنَا أَنْ نُوقِظَكَ ، قَالَ : فَانْطَلِقُوا ، فَانْطَلَقَ يَمْشِي وَمَشَوْا مَعَهُ حَتَّى أَرَوْهُ قَبْرَهَا ، فَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَصَفُّوا وَرَاءَهُ ، فَصَلَّى عَلَيْهَا وَكَبَّرَ أَرْبَعًا.

“Rəvayət edilir ki, Əbu Umamə ibn Səhl ibn Huneyf ﵁ demişdir: “Mədinənin kənarında yaşayan bir kasıb qadın xəstələnmişdi. Peyğəmbər ﷺ səhabələrindən onun vəziyyəti haqda soruşar və deyərdi: “Öldükdə mən onun cənazə namazını qılmayana qədər onu dəfn etməyin!” Qadın öldükdə onu İşa namazından sonra Mədinəyə gətirdilər, amma Allah Elçisi ﷺ artıq yatmışdı. Səhabələr Allah Elçisini ﷺ narahat etməmək üçün onun cənazəsini qılıb Bəqiul-Ğarqad qəbiristanlığında dəfn etdilər. Səhər olduqda Allah Elçisi ﷺ gəlib o qadın haqda soruşdu. Səhabələr dedilər: “Onu dəfn etmişik, ey Allahın Elçisi! Biz onu sənin yanına gətirdikdə sən yatmışdın, ona görə də səni oyatmaq istəmədik”. Allah Elçisi ﷺ dedi: “Gedək!” Onlar Peyğəmbərlə ﷺ birlikdə gəlib qadının qəbrini ona göstərdilər. Allah Elçisi ﷺ namaza durdu, insanlar da onun arxasında səfə düzüldülər və o, dörd təkbir edərək cənazə namazını qıldırdı”.”

Əbu Umamə ibn Səhl ibn Huneyf
Səhih

İstinad

Nəsəi, 1969 (Cənazələr, 152)

Sunən ən-Nəsəi — Cənazələr kitabı