Cənazə namazında olan təkbirlərin sayı
أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي أُمَامَةَ بْنِ سَهْلٍ قَالَ : مَرِضَتِ امْرَأَةٌ مِنْ أَهْلِ الْعَوَالِي ، وَكَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَحْسَنَ شَيْءٍ عِيَادَةً لِلْمَرِيضِ ، فَقَالَ : إِذَا مَاتَتْ فَآذِنُونِي ، فَمَاتَتْ لَيْلاً ، فَدَفَنُوهَا وَلَمْ يُعْلِمُوا النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمَّا أَصْبَحَ سَأَلَ عَنْهَا ، فَقَالُوا : كَرِهْنَا أَنْ نُوقِظَكَ يَا رَسُولَ اللهِ ، فَأَتَى قَبْرَهَا ، فَصَلَّى عَلَيْهَا وَكَبَّرَ أَرْبَعًا.
“Rəvayət edilir ki, Əbu Umamə ibn Səhl ﵁ demişdir: “Mədinənin kənarında yaşayan bir qadın xəstələnmişdi. Peyğəmbər ﷺ xəstə ziyarətinə diqqətli olardı. O dedi: “Bu qadın öldükdə mənə xəbər verin!” Qadın gecə vaxtı vəfat etdi. Onu gecə dəfn etdilər və bunu Peyğəmbərə ﷺ bildirmədilər. Səhər Peyğəmbər ﷺ o qadın haqda soruşduqda səhabələr dedilər: “Səni oyatmaq istəmədik, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ onun dəfn olunduğu yerə gedərək onun cənazə namazını qıldı və namazda dörd dəfə təkbir etdi”.”
İstinad
Nəsəi, 1981 (Cənazələr, 164)
Sunən ən-Nəsəi — Cənazələr kitabı