Cənazələr kitabı

Cənazə namazını qılmağın savabı

أَخْبَرَنَا الْحَسَنُ بْنُ قَزَعَةَ ، قَالَ : حَدَّثَنَا مَسْلَمَةُ بْنُ عَلْقَمَةَ ، قَالَ : أَنْبَأَنَا دَاوُدُ ، عَنْ عَامِرٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ تَبِعَ جِنَازَةً فَصَلَّى عَلَيْهَا ثُمَّ انْصَرَفَ فَلَهُ قِيرَاطٌ مِنَ الأَجْرِ ، وَمَنْ تَبِعَهَا فَصَلَّى عَلَيْهَا ثُمَّ قَعَدَ حَتَّى يُفْرَغَ مِنْ دَفْنِهَا فَلَهُ قِيرَاطَانِ مِنَ الأَجْرِ ، كُلُّ وَاحِدٍ مِنْهُمَا أَعْظَمُ مِنْ أُحُدٍ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim cənazəni müşayiət edər, cənazə namazını qılar və qayıdarsa, ona bir qirat savab verilər. Kim də cənazə namazını qılıb onu dəfn edənə qədər orda olarsa, ona iki qirat savab verilər. Onların (qiratların) hər biri Uhud dağından böyükdür”.”

Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 1997 (Cənazələr, 180)

Sunən ən-Nəsəi — Cənazələr kitabı