Qəbrin yanında cənazə namazını qılmaq
أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ أَبُو قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، قَالَ : حَدَّثَنَا عُثْمَانُ بْنُ حَكِيمٍ ، عَنْ خَارِجَةَ بْنِ زَيْدِ بْنِ ثَابِتٍ ، عَنْ عَمِّهِ يَزِيدَ بْنِ ثَابِتٍ ، أَنَّهُمْ خَرَجُوا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ يَوْمٍ فَرَأَى قَبْرًا جَدِيدًا ، فَقَالَ : مَا هَذَا ؟ قَالُوا : هَذِهِ فُلاَنَةُ مَوْلاَةُ بَنِي فُلاَنٍ ، فَعَرَفَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، مَاتَتْ ظُهْرًا وَأَنْتَ نَائِمٌ قَائِلٌ فَلَمْ نُحِبَّ أَنْ نُوقِظَكَ بِهَا ، فَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَصَفَّ النَّاسَ خَلْفَهُ ، وَكَبَّرَ عَلَيْهَا أَرْبَعًا ، ثُمَّ قَالَ : لاَ يَمُوتُ فِيكُمْ مَيِّتٌ مَا دُمْتُ بَيْنَ أَظْهُرِكُمْ إِلاَّ آذَنْتُمُونِي بِهِ ، فَإِنَّ صَلاَتِي لَهُ رَحْمَةٌ.
“Yəzid ibn Sabit ﵀ rəvayət edir ki, bir gün Allah Elçisi ﷺ ilə birlikdə çıxdıqda yeni bir qəbir gördülər. Allah Elçisi ﷺ dedi: “Bu kimin qəbridir?” Səhabələr dedilər: “Filan oğullarının köləlikdən azad etdikləri filan qadının qəbridir”. Allah Elçisi ﷺ onu tanıdı. Səhabələr dedilər: “O, zöhr vaxtı vəfat etmişdi, sən yatdığına görə səni oyandırmaq istəmədik”. Allah Elçisi ﷺ namaza durub insanları arxasında səfə düzdü və dörd dəfə təkbir edərək cənaza namazını qıldı. Sonra da dedi: “Mən aranızda olduğum müddətdə bir adam öldükdə mənə xəbər verin. Həqiqətən, mənim ona cənazə namazı qılmağım rəhmətdir”.”
İstinad
Nəsəi, 2022 (Cənazələr, 205)
Sunən ən-Nəsəi — Cənazələr kitabı