Cənazələr kitabı

Qəbirlərin yer səviyyəsində edilməsi

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ ، قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي عَمْرُو بْنُ الْحَارِثِ ، أَنَّ ثُمَامَةَ بْنَ شُفَيٍّ حَدَّثَهُ ، قَالَ : كُنَّا مَعَ فَضَالَةَ بْنِ عُبَيْدٍ بِأَرْضِ الرُّومِ ، فَتُوُفِّيَ صَاحِبٌ لَنَا فَأَمَرَ فَضَالَةُ بِقَبْرِهِ فَسُوِّيَ ثُمَّ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَأْمُرُ بِتَسْوِيَتِهَا.

“Rəvayət edilir ki, Sumamə ibn Şufey demişdir: “Bir dəfə Fədalə ibn Ubeyd ilə Rum torpağında bir yerdə idik. Bizim bir yoldaşımız vəfat etdi. Fədalə onun qəbrini yer səviyyəsində etməyi əmr etdi və belə dedi: “Mən Allah Elçisinin ﷺ qəbirlərin yer səviyyəsində edilməsini əmr etdiyini eşitmişəm”.”

Sumamə ibn Şufey
Səhih

İstinad

Nəsəi, 2030 (Cənazələr, 213)

Sunən ən-Nəsəi — Cənazələr kitabı