Cənazələr kitabı

Möminlər üçün bağışlanma diləməyin əmr edilməsi

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ عَلْقَمَةَ بْنِ أَبِي عَلْقَمَةَ ، عَنْ أُمِّهِ ، أَنَّهَا سَمِعَتْ عَائِشَةَ تَقُولُ : قَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ لَيْلَةٍ فَلَبِسَ ثِيَابَهُ ، ثُمَّ خَرَجَ ، قَالَتْ : فَأَمَرْتُ جَارِيَتِي بَرِيرَةَ تَتْبَعُهُ ، فَتَبِعَتْهُ حَتَّى جَاءَ الْبَقِيعَ ، فَوَقَفَ فِي أَدْنَاهُ مَا شَاءَ اللَّهُ أَنْ يَقِفَ ، ثُمَّ انْصَرَفَ ، فَسَبَقَتْهُ بَرِيرَةُ ، فَأَخْبَرَتْنِي ، فَلَمْ أَذْكُرْ لَهُ شَيْئًا حَتَّى أَصْبَحْتُ ، ثُمَّ ذَكَرْتُ ذَلِكَ لَهُ ، فَقَالَ : إِنِّي بُعِثْتُ إِلَى أَهْلِ الْبَقِيعِ لأُصَلِّيَ عَلَيْهِمْ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir gecə Allah Elçisi ﷺ ayağa qalxıb paltarını geyindi və bayıra çıxdı. Mən də cariyəm Bəriraya Allah Elçisini ﷺ izləməsini əmr etdim. O da Allah Elçisini ﷺ Bəqi qəbiristanlığına qədər təqib etdi. Allah Elçisi ﷺ Bəqi qəbiristanlığının aşağı tərəfində Allahın istədiyi qədər dayandı, sonra geri döndü. Cariyəm mənim yanıma ondan əvvəl qayıtdı və olanları mənə xəbər verdi. Səhər olana qədər Allah Elçisinə ﷺ bir şey demədim, sonra gecə olanları ona dedim. Allah Elçisi ﷺ buyurdu: “Mən Bəqi əhlinə dua etmək üçün göndərilmişdim”.”

Aişə
Zəif

İstinad

Nəsəi, 2038 (Cənazələr, 221)

Sunən ən-Nəsəi — Cənazələr kitabı