Möminlər üçün bağışlanma diləməyin əmr edilməsi
أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا حَرَمِيُّ بْنُ عُمَارَةَ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَلْقَمَةَ بْنِ مَرْثَدٍ ، عَنْ سُلَيْمَانَ بْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا أَتَى عَلَى الْمَقَابِرِ فَقَالَ : السَّلاَمُ عَلَيْكُمْ أَهْلَ الدِّيَارِ مِنَ الْمُؤْمِنِينَ وَالْمُسْلِمِينَ ، وَإِنَّا إِنْ شَاءَ اللَّهُ بِكُمْ لاَحِقُونَ ، أَنْتُمْ لَنَا فَرَطٌ وَنَحْنُ لَكُمْ تَبَعٌ ، أَسْأَلُ اللَّهَ الْعَافِيَةَ لَنَا وَلَكُمْ.
“Süleyman ibn Bureydə atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ qəbiristanlığa gedəndə belə deyərdi: “Bu diyarın mömin və müsəlman sakinləri! Sizə salam olsun! Allahın izni ilə biz də sizə qovuşacağıq. Siz bizdən qabaq getdiniz, biz də sizin arxanızca gələcəyik. Allahdan özümüzə və sizə salamatlıq diləyirik!””
İstinad
Nəsəi, 2040 (Cənazələr, 223)
Sunən ən-Nəsəi — Cənazələr kitabı