Cənazələr kitabı

Möminlərin ruhları

أَخْبَرَنَا كَثِيرُ بْنُ عُبَيْدٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ حَرْبٍ ، عَنِ الزُّبَيْدِيِّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ حُمَيْدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : أَسْرَفَ عَبْدٌ عَلَى نَفْسِهِ حَتَّى حَضَرَتْهُ الْوَفَاةُ ، قَالَ لأَهْلِهِ : إِذَا أَنَا مُتُّ فَأَحْرِقُونِي ، ثُمَّ اسْحَقُونِي ، ثُمَّ اذْرُونِي فِي الرِّيحِ فِي الْبَحْرِ ، فَوَاللَّهِ لَئِنْ قَدَرَ اللَّهُ عَلَيَّ لَيُعَذِّبَنِّي عَذَابًا لاَ يُعَذِّبُهُ أَحَدًا مِنْ خَلْقِهِ ، قَالَ : فَفَعَلَ أَهْلُهُ ذَلِكَ ، قَالَ اللَّهُ عَزَّ وَجَلَّ لِكُلِّ شَيْءٍ أَخَذَ مِنْهُ شَيْئًا : أَدِّ مَا أَخَذْتَ ، فَإِذَا هُوَ قَائِمٌ ، قَالَ اللَّهُ عَزَّ وَجَلَّ : مَا حَمَلَكَ عَلَى مَا صَنَعْتَ ؟ قَالَ : خَشْيَتُكَ ، فَغَفَرَ اللَّهُ لَهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Həyatını boş keçirən bir bəndə ölüm ayağında olanda ailəsini yanına çağırıb dedi: “Mən öldükdə məni yandırarsınız. Sonra qalıqlarımı toz halına salıb küləkli bir gündə dənizə səpərsiniz! Allaha and olsun ki, əgər Allah məni diriltməyə qadir olarsa, mənə yaratdıqlarından heç bir kəsə vermədiyi əzabı verər”. Ailəsi onun dediyi kimi etdi. (Qiyamət günü) Allah ﷿ həmin adamın külünün səpələndiyi yerlərə əmr edərək buyurur: “Aldıqlarınızı geri qaytarın!” O insan dirildikdən sonra Allah ﷿ buyurur: “Sən nəyə görə belə etmisən?” O: “Sənin qorxundan!” – deyir. Allah da onu bağışlayır”.”

Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 2079 (Cənazələr, 262)

Sunən ən-Nəsəi — Cənazələr kitabı