Orucun vacib olması
أَخْبَرَنَا أَبُو بَكْرِ بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا إِسْحَاقُ ، قَالَ : حَدَّثَنَا أَبُو عُمَارَةَ حَمْزَةُ بْنُ الْحَارِثِ بْنِ عُمَيْرٍ ، قَالَ : سَمِعْتُ أَبِي ، يَذْكُرُ عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ سَعِيدِ بْنِ أَبِي سَعِيدٍ الْمَقْبُرِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : بَيْنَمَا النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَعَ أَصْحَابِهِ جَاءَ رَجُلٌ مِنْ أَهْلِ الْبَادِيَةِ قَالَ : أَيُّكُمُ ابْنُ عَبْدِ الْمُطَّلِبِ ؟ قَالُوا : هَذَا الأَمْغَرُ الْمُرْتَفِقُ - قَالَ حَمْزَةُ - : الأَمْغَرُ الأَبْيَضُ مُشْرَبٌ حُمْرَةً ، فَقَالَ : إِنِّي سَائِلُكَ فَمُشْتَدٌّ عَلَيْكَ فِي الْمَسْأَلَةِ ، قَالَ : سَلْ عَمَّا بَدَا لَكَ ، قَالَ : أَسْأَلُكَ بِرَبِّكَ ، وَرَبِّ مَنْ قَبْلَكَ ، وَرَبِّ مَنْ بَعْدَكَ ، آللَّهُ أَرْسَلَكَ ؟ قَالَ : اللَّهُمَّ نَعَمْ ، قَالَ : فَأَنْشُدُكَ بِهِ آللَّهُ أَمَرَكَ أَنْ تُصَلِّيَ خَمْسَ صَلَوَاتٍ فِي كُلِّ يَوْمٍ وَلَيْلَةٍ ؟ قَالَ : اللَّهُمَّ نَعَمْ ، قَالَ : فَأَنْشُدُكَ بِهِ ، آللَّهُ أَمَرَكَ أَنْ تَأْخُذَ مِنْ أَمْوَالِ أَغْنِيَائِنَا فَتَرُدَّهُ عَلَى فُقَرَائِنَا ؟ قَالَ : اللَّهُمَّ نَعَمْ ، قَالَ : فَأَنْشُدُكَ بِهِ ، آللَّهُ أَمَرَكَ أَنْ تَصُومَ هَذَا الشَّهْرَ مِنَ اثْنَيْ عَشَرَ شَهْرًا ؟ قَالَ : اللَّهُمَّ نَعَمْ ، قَالَ : فَأَنْشُدُكَ بِهِ ، آللَّهُ أَمَرَكَ أَنْ يَحُجَّ هَذَا الْبَيْتَ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلاً ؟ قَالَ : اللَّهُمَّ نَعَمْ ، قَالَ : فَإِنِّي آمَنْتُ وَصَدَّقْتُ وَأَنَا ضِمَامُ بْنُ ثَعْلَبَةَ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ səhabələri ilə bir yerdə oturmuşdu. Bu vaxt bir bədəvi gəlib dedi: “Hansınız Abdul-Muttalibin oğludur?” Səhabələr dedilər: “Bu dirsəklənmiş qırmızı alyanaqlı kimsədir”. (Ravi Həmzə deyir: “Bu kəlmə qırmızıya çalan ağ deməkdir”). Kişi dedi: “Mən səndən bəzi şeylər soruşacağam və sənə çox çətin suallar verəcəyəm. Odur ki, mənə acığın tutmasın”. Allah Elçisi ﷺ ona: “İstədiyini soruş”– deyə buyurdu. Kişi dedi: “Səni and verirəm sənin və səndən əvvəlkilərin və sonrakıların Rəbbinə, de görüm səni Allahmı göndərmişdir?” Allah Elçisi ﷺ: “Allah şahiddir ki, belədir!”– deyə buyurdu. Kişi dedi: “Səni and verirəm Allaha, de görüm gecə və gündüz beş vaxt namaz qılmağımızı sənə Allahmı əmr etmişdir?” Allah Elçisi ﷺ: “Allah şahiddir ki, belədir!”– deyə buyurdu. Kişi dedi: “Səni and verirəm Allaha, de görüm varlılarımızdan sədəqə alıb kasıblarımıza paylaşdırmağı sənə Allahmı əmr etmişdir?” Allah Elçisi ﷺ: “Allah şahiddir ki, belədir!”– deyə buyurdu. Kişi dedi: “Səni and verirəm Allaha, de görüm ilin on iki ayından biri olan bu ayı (Ramazan ayını) oruc tutmağımızı sənə Allahmı əmr etmişdir?” Allah Elçisi ﷺ: “Allah şahiddir ki, belədir!”– deyə buyurdu. Kişi dedi: “Səni and verirəm Allaha, de görüm imkanı olana Kəbəni həcc etməyi sənə Allahmı əmr etmişdir?” Allah Elçisi ﷺ: “Allah şahiddir ki, belədir!”– deyə buyurdu. Kişi dedi: “Həqiqətən, mən sənə iman gətirdim və səni təsdiqlədim. Mən Dimam ibn Sələbəyəm”.”
İstinad
Nəsəi, 2094 (Oruc, 5)
Sunən ən-Nəsəi — Oruc kitabı