Oruc kitabı

Hilalı izləyənlərin ixtilafı

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ وَهُوَ ابْنُ أَبِي حَرْمَلَةَ ، قَالَ : أَخْبَرَنِي كُرَيْبٌ ، أَنَّ أُمَّ الْفَضْلِ بَعَثَتْهُ إِلَى مُعَاوِيَةَ بِالشَّامِ ، قَالَ : فَقَدِمْتُ الشَّامَ ، فَقَضَيْتُ حَاجَتَهَا وَاسْتَهَلَّ عَلَيَّ هِلاَلُ رَمَضَانَ وَأَنَا بِالشَّامِ ، فَرَأَيْتُ الْهِلاَلَ لَيْلَةَ الْجُمُعَةِ ، ثُمَّ قَدِمْتُ الْمَدِينَةَ فِي آخِرِ الشَّهْرِ ، فَسَأَلَنِي عَبْدُ اللهِ بْنُ عَبَّاسٍ ، ثُمَّ ذَكَرَ الْهِلاَلَ ، فَقَالَ : مَتَى رَأَيْتُمْ ؟ فَقُلْتُ : رَأَيْنَاهُ لَيْلَةَ الْجُمُعَةِ ، قَالَ : أَنْتَ رَأَيْتَهُ لَيْلَةَ الْجُمُعَةِ ؟ قُلْتُ : نَعَمْ ، وَرَآهُ النَّاسُ فَصَامُوا وَصَامَ مُعَاوِيَةُ ، قَالَ : لَكِنْ رَأَيْنَاهُ لَيْلَةَ السَّبْتِ ، فَلاَ نَزَالُ نَصُومُ حَتَّى نُكْمِلَ ثَلاَثِينَ يَوْمًا أَوْ نَرَاهُ ، فَقُلْتُ : أَوَ لاَ تَكْتَفِي بِرُؤْيَةِ مُعَاوِيَةَ ، وَأَصْحَابِهِ ؟ قَالَ : لاَ هَكَذَا أَمَرَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Kureyb ﵀ rəvayət edir ki, Ummul-Fadl onu Muaviyənin yanına Şama göndərmişdi. Kureyb deyir: “Şama gəlib Ummul-Fadlın dediklərini yerinə yetirdim. Şamda olanda Ramazan ayının hilalını Cümə gecəsi gördüm. Mədinəyə qayıtdıqda ayın axırı idi. Abdullah ibn Abbas məndən hilal haqda: “Nə vaxt görmüsən?” deyə soruşdu. Ona dedim: “Biz hilalı cümə gecəsi görmüşük”. O dedi: “Sən hilalı cümə gecəsi görmüsən?” Mən: “Bəli, insanlar da gördülər. Onlar və Muaviyə oruc tutmağa başladılar”, – dedim. O dedi: “Biz hilalı şənbə günü görmüşük, ona görə otuz gün tamam olana və ya yeni hilalı görənə qədər oruc tutacağıq”. Mən dedim: “Sənə Muaviyə və yoldaşlarının ayı görməsi kifayət deyilmi?” O dedi: “Xeyr, Allah Elçisi ﷺ bizə belə əmr etmişdir”.”

Kureyb
Səhih

İstinad

Nəsəi, 2111 (Oruc, 22)

Sunən ən-Nəsəi — Oruc kitabı