Oruc kitabı

Bir kişinin Ramazan ayının hilalını görməsinin məqbul sayılması və Süfyanın hədisi ilə Siməkin hədisi haqda ixtilaf

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ شَبِيبٍ أَبُو عُثْمَانَ ، وَكَانَ شَيْخًا صَالِحًا بِطَرَسُوسَ ، قَالَ : أَنْبَأَنَا ابْنُ أَبِي زَائِدَةَ ، عَنْ حُسَيْنِ بْنِ الْحَارِثِ الْجَدَلِيِّ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ زَيْدِ بْنِ الْخَطَّابِ ، أَنَّهُ خَطَبَ النَّاسَ فِي الْيَوْمِ الَّذِي يُشَكُّ فِيهِ ، فَقَالَ : أَلاَ إِنِّي جَالَسْتُ أَصْحَابَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَسَاءَلْتُهُمْ ، وَإِنَّهُمْ حَدَّثُونِي أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : صُومُوا لِرُؤْيَتِهِ ، وَأَفْطِرُوا لِرُؤْيَتِهِ ، وَانْسُكُوا لَهَا فَإِنْ غُمَّ عَلَيْكُمْ فَأَكْمِلُوا ثَلاَثِينَ ، فَإِنْ شَهِدَ شَاهِدَانِ فَصُومُوا ، وَأَفْطِرُوا.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Zeyd ibn əl-Xattab ﵀ (Ramazan ayımı yoxsa Şaban ayının) hansı gün olması haqda insanlara xütbə verərək dedi: “Bilin ki, mən Allah Elçisinin ﷺ səhabələri ilə oturub onlardan bu haqda soruşdum. Onlar mənə dedilər ki, Allah Elçisi ﷺ belə buyurdu: “Hilalı gördükdə oruc tutmağa başlayın! Yenidən hilalı gördükdə isə oruc tutmayın! Əgər hava tutqun olsa, ayı otuz günlə tamamlayın! İki nəfər hilalı gördüklərini söyləyərlərsə, oruc tutmağa başlayın və oruc tutmağı tərk edin!””

Abdur-Rahmən ibn Zeyd ibn əl-Xattab
Səhih

İstinad

Nəsəi, 2116 (Oruc, 27)

Sunən ən-Nəsəi — Oruc kitabı