Ubeyullah ibn Ömərin ﵄ hədisi haqda ixtilafı
أَخْبَرَنَا أَبُو بَكْرِ بْنُ عَلِيٍّ ، صَاحِبَ حِمْصَ ، قَالَ : حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ بِشْرٍ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : ذَكَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْهِلاَلَ ، فَقَالَ : إِذَا رَأَيْتُمُوهُ فَصُومُوا ، وَإِذَا رَأَيْتُمُوهُ فَأَفْطِرُوا ، فَإِنْ غُمَّ عَلَيْكُمْ فَعُدُّوا ثَلاَثِينَ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ hilal haqda danışdı və belə buyurdu: “Onu gördükdə oruc tutmağa başlayın. (Ayın axırında) onu gördükdə bayram edin. Əgər hava buludlu olarsa, ayı otuz günə tamamlayın!””
İstinad
Nəsəi, 2123 (Oruc, 34)
Sunən ən-Nəsəi — Oruc kitabı