Oruc kitabı

Ribinin hədisi haqda Mansurun ixtilafı

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ رِبْعِيِّ بْنِ حِرَاشٍ ، عَنْ حُذَيْفَةَ بْنِ الْيَمَانِ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ تَقَدَّمُوا الشَّهْرَ حَتَّى تَرَوْا الْهِلاَلَ قَبْلَهُ أَوْ تُكْمِلُوا الْعِدَّةَ ، ثُمَّ صُومُوا حَتَّى تَرَوْا الْهِلاَلَ ، أَوْ تُكْمِلُوا الْعِدَّةَ قَبْلَهُ.

“Huzeyfə ibn əl-Yəmən ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Hilalı görməyənə qədər Ramazan ayının orucunu tutmağa başlamayın!” və ya “Ramazan ayından qabaqkı ayın sayını tamamlayın, sonra oruc tutmağa başlayın! Yeni ayın hilalını görənə qədər və ya əvvəlki ay kimi günləri sayaraq oruc tutmağa davam edin!””

Huzeyfə ibn əl-Yəmən
Səhih

İstinad

Nəsəi, 2126 (Oruc, 37)

Sunən ən-Nəsəi — Oruc kitabı