Oruc kitabı

Ay neçə gündür və əz-Zuhrinin Aişədən ﵂ gələn xəbər haqda ixtilafı

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعْدِ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا عَمِّي ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ صَالِحٍ ، عَنْ ابْنِ شِهَابٍ ، أَنَّ عُبَيْدَ اللهِ بْنَ عَبْدِ اللهِ بْنِ أَبِي ثَوْرٍ ، حَدَّثَهُ ح وأَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا الْحَكَمُ بْنُ نَافِعٍ ، قَالَ : أَنْبَأَنَا شُعَيْبٌ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي عُبَيْدُ اللهِ بْنُ عَبْدِ اللهِ بْنِ أَبِي ثَوْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : لَمْ أَزَلْ حَرِيصًا أَنْ أَسْأَلَ عُمَرَ بْنَ الْخَطَّابِ ، عَنِ الْمَرْأَتَيْنِ مِنْ أَزْوَاجِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ اللَّتَيْنِ قَالَ اللَّهُ لَهُمَا : {إِنْ تَتُوبَا إِلَى اللهِ فَقَدْ صَغَتْ قُلُوبُكُمَا} وَسَاقَ الْحَدِيثَ ، وَقَالَ فِيهِ : فَاعْتَزَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نِسَاءَهُ مِنْ أَجْلِ ذَلِكَ الْحَدِيثِ حِينَ أَفْشَتْهُ حَفْصَةُ إِلَى عَائِشَةَ تِسْعًا وَعِشْرِينَ لَيْلَةً ، قَالَتْ عَائِشَةُ : وَكَانَ قَالَ : مَا أَنَا بِدَاخِلٍ عَلَيْهِنَّ شَهْرًا مِنْ شِدَّةِ مَوْجِدَتِهِ عَلَيْهِنَّ حِينَ حَدَّثَهُ اللَّهُ عَزَّ وَجَلَّ حَدِيثَهُنَّ ، فَلَمَّا مَضَتْ تِسْعٌ وَعِشْرُونَ لَيْلَةً دَخَلَ عَلَى عَائِشَةَ ، فَبَدَأَ بِهَا ، فَقَالَتْ لَهُ عَائِشَةُ : إِنَّكَ قَدْ كُنْتَ آلَيْتَ يَا رَسُولَ اللهِ أَنْ لاَ تَدْخُلَ عَلَيْنَا شَهْرًا ، وَإِنَّا أَصْبَحْنَا مِنْ تِسْعٍ وَعِشْرِينَ لَيْلَةً نَعُدُّهَا عَدَدًا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : الشَّهْرُ تِسْعٌ وَعِشْرُونَ لَيْلَةً..

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mən Ömər ibn əl-Xattabdan Allah Elçisinin ﷺ zövcələrindən ikisi haqda hadisəni soruşmaq istəyirdim. Allah onlar haqda buyurur: “Hər ikiniz Allaha tövbə etməlisiniz, çünki ikinizin də qəlbi günaha meyl etmişdir...“. (ət-Təhrim, 4). Ömər bu hadisəni mənə danışdı: “Peyğəmbər ﷺ öz sirrini Aişəyə, Aişə isə Həfsəyə dedikdə Allah Elçisi ﷺ zövcələrindən iyirmi doqquz gecə ayrı qaldı”. Aişə deyir: “Allah ﷿ onların etdiklərini Elçisinə xəbər verdikdə, Peyğəmbər ﷺ qəzəblənərək: “Mən bir ay müddətində onlara yaxınlaşmayacağam!” dedi. İyirmi doqquz gün keçdikdən sonra Allah Elçisi ﷺ Aişənin yanına gəldi. Aişə ona dedi: “Ey Allahın Elçisi, sən bir ay bizim yanımıza gəlməməyə and içməmişdinmi? Mən iyirmi doqquz gecə saydım”. Allah Elçisi ﷺ buyurdu: “Ay iyirmi doqquz gecədir”.”

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 2132 (Oruc, 43)

Sunən ən-Nəsəi — Oruc kitabı