Oruc kitabı

Yəhyə ibn Əbu Kəsirin Əbu Sələmənin xəbəri haqda olan ixtilafı

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ ، عَنْ مُحَمَّدٍ ، عَنْ شُعْبَةَ ، عَنِ الأَسْوَدِ بْنِ قَيْسٍ ، قَالَ : سَمِعْتُ سَعِيدَ بْنَ عَمْرِو بْنِ سَعِيدِ بْنِ أَبِي الْعَاصِ ، أَنَّهُ سَمِعَ ابْنَ عُمَرَ ، يُحَدِّثُ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنَّا أُمَّةٌ أُمِّيَّةٌ ، لاَ نَحْسُبُ وَلاَ نَكْتُبُ ، وَالشَّهْرُ هَكَذَا وَهَكَذَا وَهَكَذَا - وَعَقَدَ الإِبْهَامَ فِي الثَّالِثَةِ ، وَالشَّهْرُ هَكَذَا وَهَكَذَا وَهَكَذَا تَمَامَ الثَّلاَثِينَ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Biz yazıb-oxumağı bacarmayan ümmətik. Nə hesab bilərik, nə də yazı yazarıq. Bir ay belə, belə və belədir!” deyərək üçüncü dəfə baş barmağını yumdu və “Ay belə, belə və belədir” deyərək otuz günü qeyd etdi.”

İbn Ömər
Səhih

İstinad

Nəsəi, 2141 (Oruc, 52)

Sunən ən-Nəsəi — Oruc kitabı