Qatədənin hədisi haqda Hişam və Səidin ixtilafı
أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا هِشَامٌ ، قَالَ : حَدَّثَنَا قَتَادَةُ ، عَنْ أَنَسٍ ، عَنْ زَيْدِ بْنِ ثَابِتٍ ، قَالَ : تَسَحَّرْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ قُمْنَا إِلَى الصَّلاَةِ ، قُلْتُ : - زُعِمَ أَنَّ أَنَسًا الْقَائِلُ - مَا كَانَ بَيْنَ ذَلِكَ ؟ قَالَ : قَدْرُ مَا يَقْرَأُ الرَّجُلُ خَمْسِينَ آيَةً.
“Ənəs ﵁ rəvayət edir ki, Zeyd ibn Sabit demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə səhur etdik, sonra namaz qılmaq üçün ayağa durduq”. Mən Ənəsə dedim: “İkisinin arasında nə qədər vaxt var idi?” O dedi: “Bir kişinin əlli ayə oxuması qədər vaxt var idi”.”
İstinad
Nəsəi, 2156 (Oruc, 67)
Sunən ən-Nəsəi — Oruc kitabı