Oruc kitabı

Muhəmməd ibn İbrahimin bu haqda ixtilafı

أَخْبَرَنَا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي أُسَامَةُ بْنُ زَيْدٍ ، أَنَّ مُحَمَّدَ بْنَ إِبْرَاهِيمَ ، حَدَّثَهُ عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، أَنَّهُ سَأَلَ عَائِشَةَ ، عَنْ صِيَامِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَصُومُ حَتَّى نَقُولَ لاَ يُفْطِرُ ، وَيُفْطِرُ حَتَّى نَقُولَ لاَ يَصُومُ ، وَكَانَ يَصُومُ شَعْبَانَ أَوْ عَامَّةَ شَعْبَانَ.

“Rəvayət edilir ki, Əbu Sələmə ibn Abdur-Rahmən ﵀ Aişədən ﵂ Allah Elçisinin ﷺ orucu haqda soruşduqda, o dedi: “Allah Elçisi ﷺ o qədər oruc tutardı ki, biz bu ay tam şəkildə oruc tutacağını zənn edərdik. Oruc tutmadıqda isə bu ayı heç oruc tutmayacağını zənn edərdik. O, Şaban ayını və ya çox hissəsini oruc tutardı”.”

Əbu Sələmə ibn Abdur-Rahmən
Səhih

İstinad

Nəsəi, 2177 (Oruc, 88)

Sunən ən-Nəsəi — Oruc kitabı