Oruc kitabı

Aişənin ﵂ bu xəbərini rəvayət edənlərin ixtilafı

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي لَبِيدٍ ، عَنْ أَبِي سَلَمَةَ ، قَالَ : سَأَلْتُ عَائِشَةَ ، فَقُلْتُ : أَخْبِرِينِي عَنْ صِيَامِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَتْ : كَانَ يَصُومُ حَتَّى نَقُولَ قَدْ صَامَ ، وَيُفْطِرُ حَتَّى نَقُولَ قَدْ أَفْطَرَ ، وَلَمْ يَكُنْ يَصُومُ شَهْرًا أَكْثَرَ مِنْ شَعْبَانَ كَانَ يَصُومُ شَعْبَانَ إِلاَّ قَلِيلاً ، كَانَ يَصُومُ شَعْبَانَ كُلَّهُ.

“Rəvayət edilir ki, Əbu Sələmə ﵀ demişdir: “Mən Aişədən soruşdum: “Mənə Allah Elçisinin ﷺ orucu haqda xəbər ver”. Aişə dedi: “Allah Elçisi ﷺ o qədər oruc tutardı ki, biz onun həmişə oruc tutacağını güman edərdik. Həmçinin o qədər orucsuz günləri olardı ki, biz onun oruc tutmayacağını güman edərdik. Şaban ayından başqa heç bir ayda bu qədər oruc tutmazdı. Şaban ayının çoxunu, bəzən də hamısını oruc tutardı”.”

Əbu Sələmə
Səhih

İstinad

Nəsəi, 2179 (Oruc, 90)

Sunən ən-Nəsəi — Oruc kitabı