Aişənin ﵂ bu xəbərini rəvayət edənlərin ixtilafı
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ أَحْمَدَ بْنِ أَبِي يُوسُفَ الصَّيْدَلاَنِيُّ حَرَّانِيٌّ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، عَنْ هِشَامٍ ، عَنْ ابْنِ سِيرِينَ ، عَنْ عَبْدِ اللهِ بْنِ شَقِيقٍ ، عَنْ عَائِشَةَ ، قَالَ : سَأَلْتُهَا عَنْ صِيَامِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَصُومُ حَتَّى نَقُولَ قَدْ صَامَ ، وَيُفْطِرُ حَتَّى نَقُولَ قَدْ أَفْطَرَ ، وَلَمْ يَصُمْ شَهْرًا تَامًّا مُنْذُ أَتَى الْمَدِينَةَ إِلاَّ أَنْ يَكُونَ رَمَضَانُ.
“Rəvayət edilir ki, Abdullah ibn Şəqiq ﵀ demişdir: “Mən Aişədən Allah Elçisinin ﷺ orucu haqda soruşduqda o, belə dedi: “Allah Elçisi ﷺ o qədər oruc tutardı ki, biz onun həmişə oruc tutacağını güman edərdik. Həmçinin o qədər orucsuz günləri olardı ki, biz onun oruc tutmayacağını güman edərdik. Mədinəyə gəldikdən sonra Ramazan ayından başqa heç bir ayın hamısını oruc tutmazdı”.”
İstinad
Nəsəi, 2183 (Oruc, 94)
Sunən ən-Nəsəi — Oruc kitabı