Oruc kitabı

Ramazanın başlanmasında olan şəkk günündə oruc tutmaq

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ أَبِي يُونُسَ ، عَنْ سِمَاكٍ ، قَالَ : دَخَلْتُ عَلَى عِكْرِمَةَ فِي يَوْمٍ قَدْ أُشْكِلَ مِنْ رَمَضَانَ هُوَ أَمْ مِنْ شَعْبَانَ ، وَهُوَ يَأْكُلُ خُبْزًا وَبَقْلاً وَلَبَنًا ، فَقَالَ لِي : هَلُمَّ ، فَقُلْتُ : إِنِّي صَائِمٌ ، قَالَ وَحَلَفَ بِاللَّهِ : لَتُفْطِرَنَّ ، قُلْتُ : سُبْحَانَ اللهِ مَرَّتَيْنِ ، فَلَمَّا رَأَيْتُهُ يَحْلِفُ لاَ يَسْتَثْنِي تَقَدَّمْتُ قُلْتُ : هَاتِ الآنَ مَا عِنْدَكَ ، قَالَ : سَمِعْتُ ابْنَ عَبَّاسٍ ، يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : صُومُوا لِرُؤْيَتِهِ ، وَأَفْطِرُوا لِرُؤْيَتِهِ ، فَإِنْ حَالَ بَيْنَكُمْ وَبَيْنَهُ سَحَابَةٌ أَوْ ظُلْمَةٌ ، فَأَكْمِلُوا الْعِدَّةَ عِدَّةَ شَعْبَانَ ، وَلاَ تَسْتَقْبِلُوا الشَّهْرَ اسْتِقْبَالاً ، وَلاَ تَصِلُوا رَمَضَانَ بِيَوْمٍ مِنْ شَعْبَانَ.

“Rəvayət edilir ki, Simak ﵀ demişdir: “Mən Ramazan və ya Şaban ayının olmasının şəkk edildiyi gün İkrimənin yanına gəldim. O, çörək və göyərti yeyir, süd içirdi. Mənə dedi: “Gəl ye!” Mən dedim: “Mən orucam”. O dedi: “Allaha and olsun ki, orucunu açmalısan!” Mən də iki dəfə “Subhən-Allah” dedim. Sonra and içib israr etdiyini anladıqda ona yaxınlaşıb dedim: “Sənin buna dəlilin nədir?” O dedi: “Mən İbn Abbasın belə dediyini eşitmişəm: “Allah Elçisi ﷺ belə buyurdu: “Hilalı gördükdə oruc tutmağa başlayın. (Ayın axırında olan hilalı) gördükdə orucu tərk edin. Əgər hava buludlu və ya kölgəli olarsa, Şaban ayını otuz günə tamamlayın. Ramazan ayını orucla qarşılamayın. Şabanın oruc günlərini Ramazan ayına birləşdirməyin”.”

Simak
Səhih

İstinad

Nəsəi, 2189 (Oruc, 100)

Sunən ən-Nəsəi — Oruc kitabı