Oruc kitabı

Ramazan ayını imanla və mükafatını umaraq namaz və orucla keçirənin savabı

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا بِشْرُ بْنُ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي عُرْوَةُ بْنُ الزُّبَيْرِ ، أَنَّ عَائِشَةَ ، أَخْبَرَتْهُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ مِنْ جَوْفِ اللَّيْلِ ، فَصَلَّى فِي الْمَسْجِدِ - وَسَاقَ الْحَدِيثَ ، وَقَالَ فِيهِ - وَكَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُرَغِّبُهُمْ فِي قِيَامِ رَمَضَانَ مِنْ غَيْرِ أَنْ يَأْمُرَهُمْ بِعَزِيمَةِ أَمْرٍ فِيهِ ، فَيَقُولُ : مَنْ قَامَ رَمَضَانَ إِيمَانًا وَاحْتِسَابًا غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ gecənin ortasında çıxıb məsciddə namaz qıldı. “Aişə hədisi sona kimi danışdı və dedi: “O, insanları çətinliyə salmamaq şərti ilə Ramazan ayını ibadətlə keçirməyə təşviq edərək buyurardı: “Kim Ramazan ayını imanla və mükafatını (yalnız Allahdan) umaraq ibadətlə keçirərsə, keçmiş günahları bağışlanar”.”

Aişə
Səhih

İstinad

Nəsəi, 2195 (Oruc, 106)

Sunən ən-Nəsəi — Oruc kitabı