Ramazan ayını imanla və mükafatını umaraq namaz və orucla keçirənin savabı
أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ صَامَ رَمَضَانَ إِيمَانًا وَاحْتِسَابًا غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Ramazan ayını imanla və mükafatını (yalnız Allahdan) umaraq orucla keçirərsə, keçmiş günahları bağışlanar”.”
Əbu Hureyra
Səhihİstinad
Nəsəi, 2204 (Oruc, 115)
Sunən ən-Nəsəi — Oruc kitabı