Bu haqda Yəhyə ibn Əbu Kəsirin və Nadr ibn Şeybaninin ixtilafı
أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا الْفَضْلُ بْنُ دُكَيْنٍ ، قَالَ : حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنِي النَّضْرُ بْنُ شَيْبَانَ ، - أَنَّهُ لَقِيَ أَبَا سَلَمَةَ بْنَ عَبْدِ الرَّحْمَنِ ، فَقَالَ لَهُ : حَدِّثْنِي بِأَفْضَلِ شَيْءٍ سَمِعْتَهُ يُذْكَرُ فِي شَهْرِ رَمَضَانَ ، فَقَالَ أَبُو سَلَمَةَ ، حَدَّثَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ عَوْفٍ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ ذَكَرَ شَهْرَ رَمَضَانَ فَفَضَّلَهُ عَلَى الشُّهُورِ ، وَقَالَ : مَنْ قَامَ رَمَضَانَ إِيمَانًا وَاحْتِسَابًا خَرَجَ مِنْ ذُنُوبِهِ كَيَوْمِ وَلَدَتْهُ أُمُّهُ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : هَذَا خَطَأٌ وَالصَّوَابُ أَبُو سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ
“Nadr ibn Şeyban ﵀ rəvayət edir ki, Əbu Sələmə ibn Abdur-Rahmənlə rastlaşdıqda ona dedi: “Mənə Ramazan ayı barədə eşitdiyin ən fəzilətli şey haqqında danış”. Əbu Sələmə dedi: “Abdur-Rahmən ibn Auf mənə danışdı ki, Allah Elçisi ﷺ Ramazan ayının digər aylardan üstün olması haqda danışaraq belə dedi: “Kim Ramazan ayını imanla və mükafatını (yalnız Allahdan) umaraq ibadətlə keçirərsə, günahlarından anadan olduğu gündəki kimi təmizlənər”.”
İstinad
Nəsəi, 2208 (Oruc, 119)
Sunən ən-Nəsəi — Oruc kitabı