Oruc kitabı

Əbu Salehin bu hədis haqda ixtilafı

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ الْحَسَنِ ، عَنْ حَجَّاجٍ ، قَالَ : قَالَ ابْنُ جُرَيْجٍ : أَخْبَرَنِي عَطَاءٌ ، عَنْ أَبِي صَالِحٍ الزَّيَّاتِ ، أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ ، يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : كُلُّ عَمَلِ ابْنِ آدَمَ لَهُ إِلاَّ الصِّيَامَ هُوَ لِي ، وَأَنَا أَجْزِي بِهِ ، وَالصِّيَامُ جُنَّةٌ ، إِذَا كَانَ يَوْمُ صِيَامِ أَحَدِكُمْ فَلاَ يَرْفُثْ وَلاَ يَصْخَبْ ، فَإِنْ شَاتَمَهُ أَحَدٌ أَوْ قَاتَلَهُ ، فَلْيَقُلْ : إِنِّي صَائِمٌ . وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لَخُلُوفُ فَمِ الصَّائِمِ أَطْيَبُ عِنْدَ اللهِ يَوْمَ الْقِيَامَةِ مِنْ رِيحِ الْمِسْكِ . لِلصَّائِمِ فَرْحَتَانِ يَفْرَحُهُمَا إِذَا أَفْطَرَ فَرِحَ بِفِطْرِهِ ، وَإِذَا لَقِيَ رَبَّهُ عَزَّ وَجَلَّ فَرِحَ بِصَوْمِهِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “(Allah buyurur:) Adəm övladının orucdan başqa hər bir əməli özünə aiddir. Oruc Mənim üçündür və onun mükafatını Mən verəcəyəm”. Oruc qalxandır. Sizdən biriniz oruc tutduğu zaman söyüş söyməsin və dava-dalaş salmasın. Əgər kimsə onu söysə və ya onunla dalaşmaq istəsə, qoy “Mən orucam” desin. Muhəmmədin canı Əlində Olana and olsun ki, oruc tutan adamın ağzından gələn qoxu Qiyamət günü Allah dərgahında müşk qoxusundan daha gözəl olacaq. Oruc tutan adamın iki sevinc anı var: iftar vaxtında (orucunu açarkən) sevinər, bir də Rəbbinə ﷿ qovuşduğu zaman tutduğu oruca görə sevinəcəkdir”.”

Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 2216 (Oruc, 127)

Sunən ən-Nəsəi — Oruc kitabı