Oruc kitabı

Əbu Umamənin ﵁ “orucun fəziləti” hədisi haqda Muhəmməd ibn Əbu Yaqubun ixtilafı

أَخْبَرَنَا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ ، قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي جَرِيرُ بْنُ حَازِمٍ ، أَنَّ مُحَمَّدَ بْنَ عَبْدِ اللهِ بْنِ أَبِي يَعْقُوبَ الضَّبِّيَّ ، حَدَّثَهُ عَنْ رَجَاءِ بْنِ حَيْوَةَ ، قَالَ : حَدَّثَنَا أَبُو أُمَامَةَ الْبَاهِلِيُّ ، قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ مُرْنِي بِأَمْرٍ يَنْفَعُنِي اللَّهُ بِهِ ، قَالَ : عَلَيْكَ بِالصِّيَامِ فَإِنَّهُ لاَ مِثْلَ لَهُ.

“Rəvayət edilir ki, Əbu Umamə əl-Bəhili ﵁ demişdir: “Mən Allah Elçisinə ﷺ dedim: “Ey Allahın Elçisi! Mənə elə bir əməl göstər ki, Allah onunla məni faydalandırsın”. O dedi: “Oruca sarıl, çünki onun tayı-bərabəri yoxdur”.”

Əbu Umamə əl-Bəhili
Səhih

İstinad

Nəsəi, 2221 (Oruc, 132)

Sunən ən-Nəsəi — Oruc kitabı