Əbu Umamənin ﵁ “orucun fəziləti” hədisi haqda Muhəmməd ibn Əbu Yaqubun ixtilafı
أَخْبَرَنَا يَحْيَى بْنُ مُحَمَّدٍ هُوَ ابْنُ السَّكَنِ أَبُو عُبَيْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ كَثِيرٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مُحَمَّدِ بْنِ أَبِي يَعْقُوبَ الضَّبِّيِّ ، عَنْ أَبِي نَصْرٍ الْهِلاَلِيِّ ، عَنْ رَجَاءِ بْنِ حَيْوَةَ ، عَنْ أَبِي أُمَامَةَ ، قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، مُرْنِي بِعَمَلٍ ، قَالَ : عَلَيْكَ بِالصَّوْمِ فَإِنَّهُ لاَ عَدْلَ لَهُ ، قُلْتُ : يَا رَسُولَ اللهِ مُرْنِي بِعَمَلٍ ، قَالَ : عَلَيْكَ بِالصَّوْمِ فَإِنَّهُ لاَ عِدْلَ لَهُ.
“Rəvayət edilir ki, Əbu Umamə ﵁ demişdir: “Mən Allah Elçisinə ﷺ dedim: “Ey Allahın Elçisi, mənə bir əməl göstər”. O dedi: “Oruca sarıl, çünki onun tayı-bərabəri yoxdur”. Yenə dedim: “Ey Allahın Elçisi, mənə bir əməl göstər”. O dedi: “Oruca sarıl, çünki onun tayı-bərabəri yoxdur”.”
İstinad
Nəsəi, 2223 (Oruc, 134)
Sunən ən-Nəsəi — Oruc kitabı