Əbu Umamənin ﵁ “orucun fəziləti” hədisi haqda Muhəmməd ibn Əbu Yaqubun ixtilafı
أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : أَنْبَأَنَا سَعِيدُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ سَهْلِ بْنِ سَعْدٍ ، عَنِ النَّبِي صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : لِلصَّائِمِينَ بَابُ فِي الْجَنَّةِ يُقَالُ لَهُ الرَّيَّانُ ، لاَ يَدْخُلُ فِيهِ أَحَدٌ غَيْرُهُمْ ، فَإِذَا دَخَلَ آخِرُهُمْ أُغْلِقَ ، مَنْ دَخَلَ فِيهِ شَرِبَ وَمَنْ شَرِبَ لَمْ يَظْمَأْ أَبَدًا.
“Səhl ibn Səd ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Oruc tutanlar üçün Cənnətdə “Rəyyan” deyilən bir qapı var. Bu qapıdan oruc tutanlardan başqa heç kəs keçə bilməyəcək. Oruc tutanların sonuncusu daxil olan kimi bu qapılar bağlanacaq. Oradan keçənlər bir şey içsələr, əbədi olaraq susamayacaqlar”.”
İstinad
Nəsəi, 2236 (Oruc, 147)
Sunən ən-Nəsəi — Oruc kitabı