Oruc kitabı

Əbu Umamənin ﵁ “orucun fəziləti” hədisi haqda Muhəmməd ibn Əbu Yaqubun ixtilafı

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا أَبُو أَحْمَدَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الأَعْمَشِ ، عَنْ عُمَارَةَ بْنِ عُمَيْرٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَنَحْنُ شَبَابٌ لاَ نَقْدِرُ عَلَى شَيْءٍ ، قَالَ : يَا مَعْشَرَ الشَّبَابِ ، عَلَيْكُمْ بِالْبَاءَةِ ، فَإِنَّهُ أَغَضُّ لِلْبَصَرِ ، وَأَحْصَنُ لِلْفَرْجِ ، وَمَنْ لَمْ يَسْتَطِعْ فَعَلَيْهِ بِالصَّوْمِ فَإِنَّهُ لَهُ وِجَاءٌ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə yola çıxdıq. Biz evlənməyə imkanı olmayan gənclər idik. Peyğəmbər ﷺ buyurdu: “Ey cavanlar, evlənin! Çünki evlənmək gözü və cinsiyyət üzvünü haramdan qoruyur. Evlənməyə gücü çatmayanlar isə oruc tutsun. Çünki oruc tutmaq şəhvət hissini söndürür”.”

Abdullah
Səhih

İstinad

Nəsəi, 2239 (Oruc, 150)

Sunən ən-Nəsəi — Oruc kitabı