Allah ﷿ rizası üçün bir gün oruc tutmağın savabı və Suheyl ibn Əbu Salehin bu barədə olan ixtilafı
أَخْبَرَنَا دَاوُدُ بْنُ سُلَيْمَانَ بْنِ حَفْصٍ ، قَالَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ الضَّرِيرُ ، عَنْ سُهَيْلٍ ، عَنِ الْمَقْبُرِيِّ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ صَامَ يَوْمًا فِي سَبِيلِ اللهِ بَاعَدَ اللَّهُ بَيْنَهُ وَبَيْنَ النَّارِ بِذَلِكَ الْيَوْمِ سَبْعِينَ خَرِيفًا.
“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah rizası üçün bir gün oruc tutarsa, Allah onunla Cəhənnəm odu arasını yetmiş illik (məsafə qədər) uzaq edər”.”
Əbu Səid əl-Xudri
Səhihİstinad
Nəsəi, 2245 (Oruc, 156)
Sunən ən-Nəsəi — Oruc kitabı