Müsafirin üzərindən orucun götürülməsi və əl-Əvzainin Amr ibn Umeyyənin ﵁ xəbəri haqda ixtilafı
أَخْبَرَنِي شُعَيْبُ بْنُ شُعَيْبِ بْنِ إِسْحَاقَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ ، قَالَ : حَدَّثَنَا شُعَيْبٌ ، قَالَ : حَدَّثَنِي الأَوْزَاعِيُّ ، قَالَ : حَدَّثَنِي يَحْيَى ، قَالَ : حَدَّثَنِي أَبُو قِلاَبَةَ الْجَرْمِيُّ ، أَنَّ أَبَا أُمَيَّةَ الضَّمْرِيَّ ، حَدَّثَهُمْ أَنَّهُ قَدِمَ عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ سَفَرٍ ، فَقَالَ : انْتَظِرِ الْغَدَاءَ يَا أَبَا أُمَيَّةَ ، قُلْتُ : إِنِّي صَائِمٌ ، قَالَ : ادْنُ أُخْبِرْكَ عَنِ الْمُسَافِرِ : إِنَّ اللَّهَ وَضَعَ عَنْهُ الصِّيَامَ وَنِصْفَ الصَّلاَةِ.
“Rəvayət edilir ki, Əbu Umeyyə əd-Damri ﵁ səfərdə Allah Elçisinin ﷺ yanına gəlmişdi. Allah Elçisi ﷺ ona dedi: “Bir az gözlə, yemək yeyək, ey Əbu Umeyyə!” Mən dedim: “Mən orucam!” Allah Elçisi ﷺ dedi: “Yaxınlaş, sənə müsafir haqda xəbər verim. Həqiqətən, Allah müsafirin üzərindən oruc yükünü qaldırmış, namazı da yarıya endirmişdir”.”
İstinad
Nəsəi, 2271 (Oruc, 182)
Sunən ən-Nəsəi — Oruc kitabı