Həmzənin ﵁ rəvayət etdiyi hədis haqda Urvanın ixtilafı
أَخْبَرَنَا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ ، قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَنْبَأَنَا عَمْرٌو ، وَذَكَرَ آخَرَ عَنْ أَبِي الأَسْوَدِ ، عَنْ عُرْوَةَ ، عَنْ أَبِي مُرَاوِحٍ ، عَنْ حَمْزَةَ بْنِ عَمْرٍو ، أَنَّهُ قَالَ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَجِدُ فِيَّ قُوَّةً عَلَى الصِّيَامِ فِي السَّفَرِ ، فَهَلْ عَلَيَّ جُنَاحٌ ؟ قَالَ : هِيَ رُخْصَةٌ مِنَ اللهِ عَزَّ وَجَلَّ ، فَمَنْ أَخَذَ بِهَا فَحَسَنٌ ، وَمَنْ أَحَبَّ أَنْ يَصُومَ فَلاَ جُنَاحَ عَلَيْهِ.
“Rəvayət edilir ki, Həmzə ibn Amr ﵁ Allah Elçisinə ﷺ dedi: “Mənim səfərdə oruc tutmağa qüvvəm çatır. Oruc tutsam, günaha girmiş olarammı?” Allah Elçisi ﷺ buyurdu: “Səfərdə oruc tutmamaq Allahdan ﷿ verilmiş bir rüsxətdir. Kim bu rüsxətdən istifadə edərsə, yaxşı bir iş etmişdir. Kim oruc tutarsa, ona günah yoxdur”.”
İstinad
Nəsəi, 2303 (Oruc, 214)
Sunən ən-Nəsəi — Oruc kitabı