Hişam ibn Urvanın hədisi haqda ixtilaf
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : أَنْبَأَنَا ابْنُ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : إِنَّ حَمْزَةَ ، قَالَ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يَا رَسُولَ اللهِ ، أَصُومُ فِي السَّفَرِ ؟ وَكَانَ كَثِيرَ الصِّيَامِ ، فَقَالَ لَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنْ شِئْتَ فَصُمْ ، وَإِنْ شِئْتَ فَأَفْطِرْ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Həmzə Allah Elçisinə ﷺ dedi: “Ey Allahın Elçisi, mən səfərdə oruc tuta bilərəmmi?” O, tez-tez oruc tutan adam idi. Allah Elçisi ﷺ buyurdu: “İstəsən, tut, istəməsən, tutma!””
İstinad
Nəsəi, 2306 (Oruc, 217)
Sunən ən-Nəsəi — Oruc kitabı