Oruc tutmaq üçün niyyət və Təlhə ibn Yəhyə ibn Təlhənin Aişənin xəbəri haqda ixtilafı
أَخْبَرَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ ، أَنْبَأَنَا شَرِيكٌ ، عَنْ طَلْحَةَ بْنِ يَحْيَى بْنِ طَلْحَةَ ، عَنْ مُجَاهِدٍ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : دَارَ عَلَيَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَوْرَةً ، قَالَ : أَعِنْدَكِ شَيْءٌ ؟ ، قَالَتْ : لَيْسَ عِنْدِي شَيْءٌ ، قَالَ : فَأَنَا صَائِمٌ ، قَالَتْ : ثُمَّ دَارَ عَلَيَّ الثَّانِيَةَ ، وَقَدْ أُهْدِيَ لَنَا حَيْسٌ ، فَجِئْتُ بِهِ ، فَأَكَلَ فَعَجِبْتُ مِنْهُ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، دَخَلْتَ عَلَيَّ وَأَنْتَ صَائِمٌ ، ثُمَّ أَكَلْتَ حَيْسًا ، قَالَ : نَعَمْ يَا عَائِشَةُ ، إِنَّمَا مَنْزِلَةُ مَنْ صَامَ فِي غَيْرِ رَمَضَانَ ، أَوْ غَيْرِ قَضَاءِ رَمَضَانَ ، أَوْ فِي التَّطَوُّعِ بِمَنْزِلَةِ رَجُلٍ أَخْرَجَ صَدَقَةَ مَالِهِ فَجَادَ مِنْهَا بِمَا شَاءَ فَأَمْضَاهُ ، وَبَخِلَ مِنْهَا بِمَا بَقِيَ فَأَمْسَكَهُ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir gün Allah Elçisi ﷺ yanıma gəldi və dedi: “Sənin yanında yeməyə bir şey varmı?” Mən dedim: “Mənim yanımda heç nə yoxdur”. O dedi: “Elə isə mən oruc tuturam!” Sonra mənim yanıma yenə gəldikdə, bizə xurma halvası gətirmişdilər deyə halvanı ona gətirdim. Allah Elçisi ﷺ də xurmadan yedi. Mən təəccüblənərək dedim: “Ey Allahın Elçisi, sən mənim yanıma gələndə oruc idin, lakin sonra xurma halvasından yedin”. O dedi: “Bəli, ey Aişə! Ramazan orucu və ya Ramazan orucunun qəzasından başqa orucların misalı öz malından sədəqə verən kişinin misalına bənzəyir. İstəsə, səxavətli olub verər, istəsə də, paxıllıq edərək bəzi hissəsini özündə saxlayar”.”
İstinad
Nəsəi, 2323 (Oruc, 234)
Sunən ən-Nəsəi — Oruc kitabı