Oruc kitabı

Oruc tutmaq üçün niyyət və Təlhə ibn Yəhyə ibn Təlhənin Aişənin xəbəri haqda ixtilafı

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا طَلْحَةُ بْنُ يَحْيَى ، قَالَ : حَدَّثَتْنِي عَائِشَةُ بِنْتُ طَلْحَةَ ، عَنْ عَائِشَةَ ، أُمِّ الْمُؤْمِنِينَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَأْتِيهَا وَهُوَ صَائِمٌ ، فَقَالَ : أَصْبَحَ عِنْدَكُمْ شَيْءٌ تُطْعِمِينِيهِ ؟ فَنَقُولُ : لاَ ، فَيَقُولُ : إِنِّي صَائِمٌ ، ثُمَّ جَاءَهَا بَعْدَ ذَلِكَ ، فَقَالَتْ : أُهْدِيَتْ لَنَا هَدِيَّةٌ ، فَقَالَ : مَا هِيَ ؟ قَالَتْ : حَيْسٌ ، قَالَ : قَدْ أَصْبَحْتُ صَائِمًا فَأَكَلَ.

“Rəvayət edilir ki, möminlərin anası Aişə ﵂ demişdir: “Bir gün Peyğəmbər ﷺ oruclu halda yanıma gəldi və dedi: “Yanınızda yeməyə bir şey varmı?” Biz: “Xeyr” dedik. Peyğəmbər ﷺ dedi: “Elə isə mən oruc tuturam”. Sonra yenidən yanımıza gəldikdə biz ona dedik: “Bizə hədiyyə yemək gətiriblər”. O dedi: “O nədir?” Biz: “Xurma halvası” dedik. O: “Səhərdən oruc idim” dedi və xurma halvasını yedi”.”

Aişə
Səhih

İstinad

Nəsəi, 2326 (Oruc, 237)

Sunən ən-Nəsəi — Oruc kitabı