Oruc tutmaq üçün niyyət və Təlhə ibn Yəhyə ibn Təlhənin Aişənin xəbəri haqda ixtilafı
أَخْبَرَنِي أَبُو بَكْرِ بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ ، قَالَ : أَخْبَرَنِي أَبِي ، عَنِ الْقَاسِمِ بْنِ مَعْنٍ ، عَنْ طَلْحَةَ بْنِ يَحْيَى ، عَنْ عَائِشَةَ بِنْتِ طَلْحَةَ ، وَمُجَاهِدٍ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَتَاهَا ، فَقَالَ : هَلْ عِنْدَكُمْ طَعَامٌ ؟ فَقُلْتُ : لاَ ، قَالَ : إِنِّي صَائِمٌ ، ثُمَّ جَاءَ يَوْمًا آخَرَ ، فَقَالَتْ عَائِشَةُ : يَا رَسُولَ اللهِ ، إِنَّا قَدْ أُهْدِيَ لَنَا حَيْسٌ ، فَدَعَا بِهِ ، فَقَالَ : أَمَا إِنِّي قَدْ أَصْبَحْتُ صَائِمًا فَأَكَلَ.
“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ onun yanına gəldi və dedi: “Yanınızda yeməyə bir şey varmı?” Mən: “Xeyr” dedim. Allah Elçisi ﷺ buyurdu: “Elə isə mən oruc tuturam”. Sonra başqa bir gün yanımıza gəldikdə Aişə dedi: “Ey Allahın Elçisi, bizə hədiyyə olaraq xurma halvası gətiriblər”. Allah Elçisi ﷺ xurma halvasının ona gətirilməsini istədi, “Mən səhərdən oruc idim” dedi və xurma halvasını yedi”.”
İstinad
Nəsəi, 2328 (Oruc, 239)
Sunən ən-Nəsəi — Oruc kitabı