Oruc tutmaq üçün niyyət və Təlhə ibn Yəhyə ibn Təlhənin Aişənin xəbəri haqda ixtilafı
أَخْبَرَنِي صَفْوَانُ بْنُ عَمْرٍو ، قَالَ : حَدَّثَنَا أَحْمَدُ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا إِسْرَائِيلُ ، عَنْ سِمَاكِ بْنِ حَرْبٍ ، قَالَ : حَدَّثَنِي رَجُلٌ ، عَنْ عَائِشَةَ بِنْتِ طَلْحَةَ ، عَنْ عَائِشَةَ ، أُمِّ الْمُؤْمِنِينَ قَالَتْ : جَاءَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمًا ، فَقَالَ : هَلْ عِنْدَكُمْ مِنْ طَعَامٍ ؟ قُلْتُ : لاَ ، قَالَ : إِذًا أَصُومُ ، قَالَتْ : وَدَخَلَ عَلَيَّ مَرَّةً أُخْرَى ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، قَدْ أُهْدِيَ لَنَا حَيْسٌ ، فَقَالَ : إِذًا أُفْطِرُ الْيَوْمَ وَقَدْ فَرَضْتُ الصَّوْمَ.
“Rəvayət edilir ki, möminlərin anası Aişə ﵂ demişdir: “Bir gün Allah Elçisi ﷺ gəldi və dedi: “Yanınızda yeməyə bir şey varmı?” Mən: “Xeyr” dedim. Allah Elçisi ﷺ buyurdu: “Elə isə mən oruc tuturam”. Sonra başqa bir vaxt gəldi və mən dedim: “Ey Allahın Elçisi, bizə hədiyyə olaraq xurma halvası gətiriblər”. Allah Elçisi ﷺ: “Bu gün oruc tutmaq istəyirdim, amma tutmayacam”.”
İstinad
Nəsəi, 2330 (Oruc, 241)
Sunən ən-Nəsəi — Oruc kitabı