Peyğəmbərin ﷺ - atam-anam ona fəda olsun - orucu və bu haqda xəbəri rəvayət edənlərin ixtilafı
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي بِشْرٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَصُومُ حَتَّى نَقُولَ لاَ يُفْطِرُ ، وَيُفْطِرُ حَتَّى نَقُولَ مَا يُرِيدُ أَنْ يَصُومَ ، وَمَا صَامَ شَهْرًا مُتَتَابِعًا غَيْرَ رَمَضَانَ مُنْذُ قَدِمَ الْمَدِينَةَ.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ o qədər oruc tutardı ki, biz onun həmişə oruc tutacağını zənn edərdik. Həmçinin o qədər oruc tutmazdı ki, biz onun oruc tutmaq istəmədiyini zənn edərdik. O, Mədinəyə gəldikdən sonra Ramazan ayından başqa heç vaxt bütün ayı oruc tutmadı”.”
İstinad
Nəsəi, 2346 (Oruc, 257)
Sunən ən-Nəsəi — Oruc kitabı