Oruc kitabı

Peyğəmbərin ﷺ - atam-anam ona fəda olsun - orucu və bu haqda xəbəri rəvayət edənlərin ixtilafı

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ أَيُّوبَ ، عَنْ عَبْدِ اللهِ بْنِ شَقِيقٍ ، قَالَ : سَأَلْتُ عَائِشَةَ ، عَنْ صِيَامِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَتْ كَانَ يَصُومُ حَتَّى نَقُولَ قَدْ صَامَ ، وَيُفْطِرُ حَتَّى نَقُولَ قَدْ أَفْطَرَ ، وَمَا صَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ شَهْرًا كَامِلاً مُنْذُ قَدِمَ الْمَدِينَةَ إِلاَّ رَمَضَانَ.

“Rəvayət edilir ki, Abdullah ibn Şəqiq ﵀ demişdir: “Mən Aişədən Peyğəmbərin ﷺ orucu haqda soruşdum. O dedi: “Peyğəmbər ﷺ o qədər oruc tutardı ki, biz “artıq o, həmişə oruc tutacaq” deyərdik. Həmçinin o qədər oruc tutmazdı ki, biz “artıq o, heç vaxt oruc tutmayacaq” deyərdik. Allah Elçisi ﷺ Mədinəyə gəldikdən sonra Ramazan ayından başqa heç bir ayı bütünlüklə oruc tutmazdı”.”

Abdullah ibn Şəqiq
Səhih

İstinad

Nəsəi, 2349 (Oruc, 260)

Sunən ən-Nəsəi — Oruc kitabı