Oruc kitabı

Peyğəmbərin ﷺ - atam-anam ona fəda olsun - orucu və bu haqda xəbəri rəvayət edənlərin ixtilafı

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، عَنْ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا ثَابِتُ بْنُ قَيْسٍ أَبُو الْغُصْنِ ، شَيْخٌ مِنْ أَهْلِ الْمَدِينَةِ ، قَالَ : حَدَّثَنِي أَبُو سَعِيدٍ الْمَقْبُرِيُّ ، قَالَ : حَدَّثَنِي أُسَامَةُ بْنُ زَيْدٍ ، قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، لَمْ أَرَكَ تَصُومُ شَهْرًا مِنَ الشُّهُورِ مَا تَصُومُ مِنْ شَعْبَانَ ، قَالَ : ذَلِكَ شَهْرٌ يَغْفُلُ النَّاسُ عَنْهُ بَيْنَ رَجَبٍ وَرَمَضَانَ ، وَهُوَ شَهْرٌ تُرْفَعُ فِيهِ الأَعْمَالُ إِلَى رَبِّ الْعَالَمِينَ ، فَأُحِبُّ أَنْ يُرْفَعَ عَمَلِي وَأَنَا صَائِمٌ.

“Rəvayət edilir ki, Usamə ibn Zeyd ﵄ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi! Mən sənin heç bir ayda Şaban ayında olduğu kimi çox oruc tutduğunu görməmişəm”. O dedi: “Bu ay Rəcəb və Ramazan ayları arasında olan və insanların qafil (xəbərsiz) olduqları aydır. O ayda əməllər aləmlərin Rəbbinə yüksəlir. Mən isə əməlimin oruc olduğum halda yüksəlməsini sevirəm”.”

Usamə ibn Zeyd
Həsən

İstinad

Nəsəi, 2357 (Oruc, 268)

Sunən ən-Nəsəi — Oruc kitabı