İlin üçdəbirini oruc tutmaq və bu barədə gələn xəbərlər haqda ixtilaf
أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ غَيْلاَنَ بْنِ جَرِيرٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ مَعْبَدٍ الزِّمَّانِيِّ ، عَنْ أَبِي قَتَادَةَ ، قَالَ قَالَ عُمَرُ : يَا رَسُولَ اللهِ ، كَيْفَ بِمَنْ يَصُومُ الدَّهْرَ كُلَّهُ ، قَالَ : لاَ صَامَ وَلاَ أَفْطَرَ أَوْ لَمْ يَصُمْ وَلَمْ يُفْطِرْ ، قَالَ : يَا رَسُولَ اللهِ ، كَيْفَ بِمَنْ يَصُومُ يَوْمَيْنِ وَيُفْطِرُ يَوْمًا ؟ قَالَ : أَوَ يُطِيقُ ذَلِكَ أَحَدٌ ؟ ، قَالَ : فَكَيْفَ بِمَنْ يَصُومُ يَوْمًا وَيُفْطِرُ يَوْمًا ؟ قَالَ : ذَلِكَ صَوْمُ دَاوُدَ عَلَيْهِ السَّلاَمُ ، قَالَ : فَكَيْفَ بِمَنْ يَصُومُ يَوْمًا وَيُفْطِرُ يَوْمَيْنِ ؟ قَالَ : وَدِدْتُ أَنِّي أُطِيقُ ذَلِكَ ، قَالَ : ثُمَّ قَالَ : ثَلاَثٌ مِنْ كُلِّ شَهْرٍ ، وَرَمَضَانُ إِلَى رَمَضَانَ ، هَذَا صِيَامُ الدَّهْرِ كُلِّهِ.
“Rəvayət edilir ki, Əbu Qatədə ﵁ demişdir: “Ömər dedi: “Ey Allahın Elçisi, bütün ili oruc tutan haqda nə deyirsən?” Allah Elçisi ﷺ dedi: “O, nə oruc tutmuş, nə də iftar etmişdir”. Ömər dedi: “İki gün oruc tutub, bir gün tutmayan haqda nə deyirsən?” O dedi: “Buna kimin gücü çatar?” Ömər dedi: “Bəs bir gün oruc tutub, bir gün tutmayan haqda nə deyirsən?” Peyğəmbər ﷺ dedi: “Bu, Davudun ﵇ orucudur”. Ömər dedi: “Bir gün oruc tutub, iki gün tutmayan haqda nə deyirsən?” O dedi: “Buna gücünün çatacağına ümid edirəm”. Sonra Peyğəmbər ﷺ buyurdu: “Hər aydan üç gün oruc tutmaq, Ramazandan Ramazana oruc tutmaq il boyu oruc tutmaq kimidir”.”
İstinad
Nəsəi, 2387 (Oruc, 298)
Sunən ən-Nəsəi — Oruc kitabı