Hər aydan üç gün oruc tutmaq necə tutulur və bu barədə xəbər verənlərin ixtilafının bəyanı
أَخْبَرَنِي أَحْمَدُ بْنُ يَحْيَى ، عَنْ أَبِي نُعَيْمٍ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنِ الْحُرِّ بْنِ الصَّيَّاحِ ، عَنْ هُنَيْدَةَ بْنِ خَالِدٍ ، عَنْ امْرَأَتِهِ ، عَنْ بَعْضِ أَزْوَاجِ النَّبِيِّ ، صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَصُومُ تِسْعًا مِنْ ذِي الْحِجَّةِ ، وَيَوْمَ عَاشُورَاءَ ، وَثَلاَثَةَ أَيَّامٍ مِنْ كُلِّ شَهْرٍ ، أَوَّلَ اثْنَيْنِ مِنَ الشَّهْرِ وَخَمِيسَيْنِ.
“Peyğəmbərin ﷺ bəzi zövcələri rəvayət edirlər ki, Allah Elçisi ﷺ Zil-Hiccənin ilk doqquz gününü, Aşura gününü və hər aydan da üç günü – ayın ilk bazar ertəsini və sonrakı iki cümə axşamlarını oruc tutardı.”
İstinad
Nəsəi, 2417 (Oruc, 328)
Sunən ən-Nəsəi — Oruc kitabı