Musa ibn Təlhənin “Ayın üç gününü oruc tutmaq” hədisi haqda ixtilafı
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَعْمَرٍ ، قَالَ : حَدَّثَنَا حَبَّانُ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ ، عَنْ مُوسَى بْنِ طَلْحَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : جَاءَ أَعْرَابِيٌّ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِأَرْنَبٍ قَدْ شَوَاهَا فَوَضَعَهَا بَيْنَ يَدَيْهِ ، فَأَمْسَكَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمْ يَأْكُلْ ، وَأَمَرَ الْقَوْمَ أَنْ يَأْكُلُوا ، وَأَمْسَكَ الأَعْرَابِيُّ ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَا يَمْنَعُكَ أَنْ تَأْكُلَ ؟ قَالَ : إِنِّي صَائِمٌ ثَلاَثَةَ أَيَّامٍ مِنَ الشَّهْرِ ، قَالَ : إِنْ كُنْتَ صَائِمًا فَصُمِ الْغُرَّ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir bədəvi qızardılmış bir dovşanı Allah Elçisinin ﷺ əllərinin arasına qoydu. Allah Elçisi ﷺ onu götürdü, lakin yemədi və camaata ondan yemələrini əmr etdi. Dovşanı gətirən bədəvi də yemədi. Allah Elçisi ﷺ ona dedi: “Onu yeməyə sənə nə mane oldu?” O dedi: “Mən aydan üç günü oruc tutmuşam”. Allah Elçisi ﷺ buyurdu: “Əgər oruc tutursansa, “ağ günlər”də tut”.”
İstinad
Nəsəi, 2421 (Oruc, 332)
Sunən ən-Nəsəi — Oruc kitabı